Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA və AFAD Şuşada seysmik stansiya qurur - Fotolar

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq yaradılan Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasında aparılan quruculuq işləri ilə yerində tanış olub...

Bu barədə AMEA-dan bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli yeni qurulan stansiyada görülmüş işlər barədə ətraflı məlumat verib. Həmçinin stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsini təqdim edib.

Qeyd olunub ki, Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi əsasən başa çatdırılıb. Artıq bir neçə gündür ki, burada qeydə alınmış ilkin məlumatların Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosuna ötürülməsinə başlanılıb. Mərkəzdə isə məlumatların qeydə alınması, təhlili və proqnozlaşdırılması prosesinə start verilib. Yaxın günlərdə isə Şuşa-Daşaltı Seysmoloji stansiyasının ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması üzrə işlər aparılacaqdır.

Burada yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsi barədə də fikirlərini bölüşən AMEA rəhbəri stansiya ətrafında istinad divarlarının hörülməsi, müvafiq iş şəraitinin yaradılmasının vacibliyini bildirib, qurumun istifadəyə verilməsi işinin sürətləndirilməsi barədə tapşırıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Qarabağın işğaldan azad edilmiş ərazilərində və Şərqi Zəngəzurda 8 yerdə seysmoloji stansiya quracaqdır.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar